“Qarabağ”ın tarixində 5-ci
12 May 2025
“Qarabağ”ın tarixində 5-ci
Komandamızın kapitanı Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Təcrübəli müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşündə (2:0) gerçəkləşib.
2012-ci ildən komandamızın formasını daşıyan Bədavi bu müddətdə 4 qola sevinib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 250 və daha çox matç keçirən 6-cı oyunçudur.
Onlardan beşi komandamızda buna nail olub. Maksim Medvedev 376, Qara Qarayev 305, Aslan Kərimov 268, Riçard Almeyda 254 oyuna çıxıb.
