“Qarabağ”ın üç futbolçusu oynadı, Toral qol vurdu

single-news
13 Okt 2023

“Qarabağ”ın üç futbolçusu oynadı, Toral qol vurdu



“Qarabağ”ın üç futbolçusu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Estoniya – Azərbaycan oyununda iştirak edib. Elvin Cəfərquliyev, Toral Bayramov və Rahil Məmmədov Tallindəki matça start heyətində çıxıb.

 

Millimizin 2:0 hesabı ilə qalib gəldiyi səfər görüşünün 9-cu dəqiqəsində Toral Elvinin ötürməsindən sonra erkən qol vurub. Rahil isə 45+4-cü dəqiqədə yığmamıza Ramil Şeydayevin qolu ilə nəticələnən penaltini qazandırıb. Məmmədov 64-cü, Bayramov 75-ci dəqiqədə əvəzlənibsə, Cəfərquliyev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, Toral millidəki 16-cı oyununda qol hesabını açıb. Elvin 14-cü (1 qol), Rahil 13-cü dəfə yığmanın formasını geyinib.

Paylaş