“Qarabağ”ın UEFA Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi
17 İyn 2026
“Qarabağ”ın UEFA Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi
UEFA Avropa Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.
Komandamızın potensial rəqibləri də müəyyənləşib. I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi növbəti raundda MOİK (Sofiya, Bolqarıstan) – “Derri” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk matçları iyulun 23-də, cavab görüşləri 30-da keçiriləcək. Komandamız ilk mərhələni adlasa, II təsnifat mərhələsinə evdə başlayacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da keçiriləcək. “Qarabağ” “Vestri”yə qarşı ilk görüşü evdə keçirəcək.
