“Qarabağ”ın UEFA Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşdi

single-news
17 İyn 2026

“Qarabağ”ın UEFA Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşdi



UEFA Konfrans Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.

 

Komandamızın potensial rəqibləri də müəyyənləşib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) cütündə məğlub olan komanda növbəti raundda “Qlentoran”  (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Bu mərhələnin ilk matçları iyulun 23-də, cavab görüşləri 30-da keçiriləcək. “Qarabağ” – “Vestri” cütünün uğursuzu UEFA Konfrans Liqasına səfərdə başlayacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq. “Qarabağ” “Vestri”yə qarşı ilk görüşü evdə keçirəcək.

Paylaş

// pop up