QİYMƏT KİTABÇASI (FUTBOL+, 30.08.2005)

single-news
30 Avq 2005

QİYMƏT KİTABÇASI (FUTBOL+, 30.08.2005)



4-cü tur hakimlərlə bağlı bir reallığı təsdiqlədi. AFFA son qalmaqallı olaylardan nəticə çıxararaq, siyasətini müəyyənləşdirib. Bu ilk növbədə gənc referilərin ön plana çıxarılmasıdı. Ötən turda da məhz belə siyasətin davamının şahidi olduq. Diqqətçəkən məqamlardan biri "MKT-Araz" - "İnter" qarşılaşmasında qeydə alınıb. Baş hakim Emil İsgəndərovun ən aşağı qiymət alması heç də səbəbsiz deyil. Görünür, onun əsas vaxta əlavə edilən 3 dəqiqəni bir qədər də uzatması qiymətdə həlledici rol oynayıb. Qonaqlar hesabı deyilənə görə, məhz 5-ci dəqiqədə bərabərləşdirib. Yan xətt hakimi Habil Əliyev də qiymətindən şikayətlənə bilər. Son dövrlər qəzetlərin bəzəyinə çevrilən Elçin Məmmədov ilk baxışdan asan görünən "Neftçi" - "Göyəzən" matçını idarə etsə də, bəzi səhvlərlə yadda qalması köməkçiləriylə müqayisədə qiymətinə təsirsiz ötüşməyib. Gözlənilməzlik kimi Rövşən Əhmədovun 8,5 bal almasını vurğulaya bilərik. Hərçənd "Olimpik" - "Qarabağ" oyunun baş hakimi bir neçə epizodda, xüsusilə şübhəli penalti təyin etməklə qonaqların baş məşqçisini özündən çıxarmışdı. Deyəsən, gənc hakimlərimizdən olan Vüsal Əliyev təcrübəli həmkarlarını bu gedişlə kölgədə qoyacaq. "Karvan" - "Xəzər-Lənkəran" derbisini idarə edən Vüsalın layiqincə qiymətləndirilməsi belə düşünməyə əsas verir. "Gənclərbirliyi" - "Gəncə" duelinin hakimlərinin qiyməti də fərqlidi. Belə ki, yan xətt hakimləri lazımınca qiymətləndirildiyi halda, İmanxan Sultaniyə 8 bal verilib. Görünür, bunda baş hakimin "Gəncə"nin qapısına verdiyi şübhəli penalti, eləcə də oyunda baş verən dava-dalaş əsas səbəbkardı. Babək Quliyevi də təbrik etməyə dəyər. Ötən mövsüm kölgədə qalan gənc referi "Turan" - OMİK oyunundan alnıaçıq çıxmağı bacardı. Yalnız turun ən gözlənilməz nəticəsinin qeydə alındığı "Bakı" - "Şahdağ" matçının baş hakimi Azad Mütəllimovun cəmi 8 balla qiymətləndirilməsini onun bəzi epizodlarda buraxdığı xırda səhvlərlə izahlamaq lazımdı. Ümumilikdə isə 4-cü turda hakimliyin səviyyəsini qənaətbəxş kimi qiymətləndirmək olar. Təki davamı gəlsin. Olimpik (Bakı) - Qarabağ (Ağdam) 1:2 Hakimlər: Rövşən Əhmədov (Mingəçevir) - 8,5, Elman Musayev - 8,0, Azər Əsgərov - 8,0, Anar Niyazov - 8,0 (hamısı Bakı). Hakim-inspektor: Nüvər Xasıyev (Bakı). AFFA nümayəndəsi: Hafiz Namazov (Bakı). ....

Paylaş