Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinə üzv seçildi

single-news
2 Apr 2024

Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinə üzv seçildi



Bu gün AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı keçirilib. Tədbirdə assosiasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komitənin üzvü seçilib. Təcrübəli mütəxəssis 13 üzvü olan İcraiyyə Komitəsinin yeni tərkibində yer alıb.

Konfransda Rövşən Nəcəf AFFA-nın prezidenti seçilib. Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva vitse-prezident kimi fəaliyyət göstərəcəklər. Qurbanov, assosiasiyanın prezident və vitse-prezidentlərinin də üzv olduğu İcraiyyə Komitəsində Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Maqsud Adıgözəlov, Zaur Axundov, Ülvi Mansurov və Leyla Xəlilova Rzazadə də yer alıblar.

Qeyd edək ki, Qurbanov 2016-17-ci illərdə də İcraiyyə Komitəsinin üzvü olub.

Paylaş