Qurban Qurbanov: “Bu, komanda üçün böyük üstünlükdür”

single-news
4 May 2024

Qurban Qurbanov: “Bu, komanda üçün böyük üstünlükdür”



Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyunundan (5:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun olduğunu düşünürəm. Matçdan razı qaldım. Amma daha səliqəli oynamalıyıq. Futbol səhvləri bağışlamır. Bir neçə epizodda rəqib istifadə edə bilərdi. Çox sadə texniki səhvlər etmişdik. Ümumilikdə yaxşı oyun nizam-intizamı var idi. Futbolçularım istəkli idilər. “Neftçi”yə uğurlar arzulayıram”.

 

Baş məşqçi komandadakı motivasiya və Mateus Silvanın müdafiənin mərkəzində oynamasına da toxunub: “Elə qarşılaşmalar var ki, onlara daha çox hazırlaşırıq. Bizim görüşə motivasiyasız çıxmağımız düzgün deyil. Komandanı ən az “Neftçi”yə qarşı motivasiya edirəm. Çünki futbolçular dərk edirlər ki, çempionatın ən çox maraq doğuran matçı “Qarabağ” – “Neftçi” oyunudur. Ona görə də onları motivasiya etmək mənə daha asandır. Hamı “Neftçi”yə qarşı istəkli olur. Mateus Silva artıq neçə oyundur mərkəzdə çıxış edir. Ondan razı qaldım. Görüşdən-görüşə istədiyimiz oyunu göstərir. Bu, komanda üçün böyük üstünlükdür ki, bir futbolçu həm sağda, həm mərkəzdə eyni səviyyədə oynayır. Heyəti qoruyub saxlamağa və gücləndirməyə çalışacağıq”.

Paylaş