Qurban Qurbanov: "Bu qələbə bizi arxayınlaşdırmamalıdır"

single-news
25 Avq 2023

Qurban Qurbanov: "Bu qələbə bizi arxayınlaşdırmamalıdır"



Baş məşqçimiz Qurban Qurbanovun "Olimpiya" ilə oyundan sonra fikirləri:

 

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq".

Paylaş