Qurban Qurbanov: “Çox diqqətli, əzmkar olmalıyıq”

single-news
24 Noy 2025

Qurban Qurbanov: “Çox diqqətli, əzmkar olmalıyıq”



UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun “Napoli” – “Qarabağ” matçından əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Marko Yankoviçin iştirakı ilə mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

 

“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamımızı qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik”.

 

Monteneqrolu futbolçu da oyundan gözləntilərini açıqlayıb: “Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.

Paylaş

// pop up