Qurban Qurbanov: “Çox vacib üç xal idi”
21 Noy 2025
Qurban Qurbanov: “Çox vacib üç xal idi”
Misli Premyer Liqasının XII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Çempionatdakı fasilədən sonra futbolçular oyun ritmindən düşür. Azarkeşlər üçün çox yaxşı, maraqlı oyun keçdi. Bol qol, yaxşı dinamika, yaxşı mübarizə oldu. Qarşımızda çox yaxşı hazırlaşmış, təşkilatlanmış komanda var idi. Biz də fərqli hazırlaşmışdıq, qarşımızda fərqli sistem gördük. Oyunu ələ ala bildilər. Əsl futbol atmosferi idi. Stadiona gələn azarkeşlərə təşəkkür edirəm”.
