Qurban Qurbanov: “Faydalı matç oldu”

single-news
20 Apr 2024

Qurban Qurbanov: “Faydalı matç oldu”



Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (2:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Sönük oyun keçdi. Daha dinamik futbol olmasını istərdim. Epizodlarla bunun şahidi olurduq. Ola bilər ki, hava şəraiti və bəzi qərarlar oyunun tempini aşağı salırdı. Düşünürəm ki, komandam üçün faydalı matç oldu. Mövqe səhvləri etdik. Bunları düzəltmək üçün əlimizdə yaxşı fürsət oldu. Həm rəqibə, həm özümüzə uğurlar arzulayıram”.

Baş məşqçi növbəti turun “Sumqayıt”la qarşılaşması barədə də danışıb: “Sumqayıtda oynamaq həmişə xoş olub. Bu gün çox yaxşı oyun göstərirlər. Bütün futbolçuları yaxşı formadadırlar. Maraqlı oyun olacaq. Yeni stadionda oynamamışıq, yaxşı sayda azarkeş yığışacaq”.

Paylaş