Qurban Qurbanov: "Futbolçular meydanda ən yaxşısını etdilər"

single-news
3 Okt 2021

Qurban Qurbanov: "Futbolçular meydanda ən yaxşısını etdilər"



Komandamızın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 6-cı turunda "Qəbələ" ilə oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini bildirib:

 

"Futbolçularımı təbrik edirəm. Bu qələbəyə layiq idilər. Meydanda ən yaxşısını etdilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu".

Paylaş