Qurban Qurbanov: "Futbolçular yaxşı anlaşırdılar"

single-news
17 Sen 2021

Qurban Qurbanov: "Futbolçular yaxşı anlaşırdılar"



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda "Bazel"lə keçirilən oyundan (0:0) sonra baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb:

 

"Azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişatında bəzi dəyişikliklər etdik və rəqibə istədiyi kimi oynamaq fürsəti vermədik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur".

Paylaş