Qurban Qurbanov: “Futbolçularım yaxşı oyun göstərdilər”

single-news
22 May 2026

Qurban Qurbanov: “Futbolçularım yaxşı oyun göstərdilər”



Misli Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (3:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“Futbolçularımı təbrik edirəm. Mövsümün son oyunu olmasına baxmayaraq, hər iki komandanın futbolçuları yaxşı oyun göstərdilər. Çox istəkli idilər. Bütün komandalara təşəkkür edirəm, yaxşı mövsüm keçdi, maraqlı çempionat oldu. Demək olar ki, futbola xas hər şey oldu – qalmaqallar, qalibiyyətlər, məğlubiyyətlər, yerdəyişmələr. Mövsüm maraqlı alındı. Futbol emosional oyundur. Bu gün də matçın sonunda belə alındı. Çalışmalıyıq ki, özümüzü daha sakit, təmkinli aparaq. Öz azarkeşlərimizə təşəkkür edirəm. Bütün oyunlarda bizimlə olublar, bu gün də tək qoymadılar. Hamıya, hər kəsə uğurlar arzulayıram. Transferlərlə bağlı danışıqlar gedir. Qarşıdakı günlərdə də aktiv iş planımız odur ki, komandanı yaxşı komplektləşdirək. Yaxşı mövsüm keçirdik, böyük təcrübə topladıq”.

Paylaş

// pop up