Qurban Qurbanov: “Futbolçularıma inanıram”

single-news
27 Yan 2026

Qurban Qurbanov: “Futbolçularıma inanıram”



UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun “Liverpul” – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Marko Yankoviçin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Liqa mərhələsində son oyunumuza çıxacağıq, bu matça hazırlaşırıq. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri, özünəxas oyunu olan bir komanda ilə qarşılaşacağıq. Daim bu komandada olan futbolçular həmişə istəkli olublar. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarına inanıram. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu matça kökləməliyik. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”.

 

Yankoviç də matçdan gözləntilərini bölüşüb: "Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik".

Paylaş

// pop up