Qurban Qurbanov: “Hər iki görüş yüksək səviyyədə alındı”

single-news
16 Yan 2026

Qurban Qurbanov: “Hər iki görüş yüksək səviyyədə alındı”



Komandamız Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirib. “Qarabağ” Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebye” kollektivini 3:1 hesabı ilə məğlub edib. Baş məşqçimiz Qurban Qurbanov görüşlər barədə fikirlərini bildirib:

 

“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar. Ümumilikdə bu gün keçirdiyimiz hər iki görüş yüksək səviyyədə alındı. Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmasından razı qaldım”.

Paylaş

// pop up