Qurban Qurbanov: "Komandamızda hər şey alındı"

single-news
9 May 2021

Qurban Qurbanov: "Komandamızda hər şey alındı"



Premyer Liqanın 26-cı turunda "Qarabağ" səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəlib. Oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

 

"Çox vacib qələbə idi. Bundan da vacibi komandanın oyun tempini ilk dəqiqələrdən qaldırması idi. İlk hissədə demək olar ki, komandamızda hər şey alındı. Futbolçuları təbrik edirəm. Bəzən daha istəkli olanda hər şey asan olur. “Sabah”a isə uğurlar arzulayıram".

Paylaş