Qurban Qurbanov: "Motivasiyanı qoruyub saxlamağa çalışırıq"

single-news
17 Okt 2021

Qurban Qurbanov: "Motivasiyanı qoruyub saxlamağa çalışırıq"



Premyer Liqanın 7-ci turunda "Qarabağ" səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlib. Baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb:

 

"Komandamı təbrik edirəm. Oyun daha asan ola bilərdi, amma sonadək gərginlik qaldı. Motivasiyanı qoruyub saxlamağa çalışırıq. Texniki səhvlərimiz çox oldu. Xeyli sayda hücumlar etdik, qol imkanlarımız oldu. Rəqibi də təbrik edirəm. Məğlub olsalar da, sonadək mübarizə apardılar. Komandanı qısa vaxtda "Kayrat"la matça hazırlamalıyıq".

Paylaş