Qurban Qurbanov: “Mübarizəmizi davam etdirəcəyik”

single-news
31 Okt 2025

Qurban Qurbanov: “Mübarizəmizi davam etdirəcəyik”



Misli Premyer Liqasının X turunun “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Çelsi” ilə ciddi oyun öncəsi bu matçın yerinin dəyişdirilməsinə razı olduqları üçün rəqibin baş məşqçisinə və rəhbərliyinə təşəkkür edirəm. Vacib qalibiyyət idi. Çox intizamlı komandaya qarşı oynayırdıq. İlk yarıda çox yaxşı müdafiə olunurdular, əks-hücumlar qururdular. Oyundan qopmadıq, sonadək nizam-intizamı qorumağa çalışdıq. İkinci hissədə temp artdı, topla daha tez oynamağa başladıq və sonda qalibiyyət əldə etdik. Çox vacib idi. Hər oyun göstərir ki, daha ciddi olmalı, hər rəqibə qarşı daha yaxşı hazırlaşmalıyıq. Bu, futbolçular üçün böyük məsuliyyətdir. Qarşıdakı görüşlərdə də liderlər sırasında mübarizəmizi davam etdirəcəyik”.

Paylaş

// pop up