Qurban Qurbanov: “Müdafiədən oynamaq istəmirdik”

single-news
27 Okt 2023

Qurban Qurbanov: “Müdafiədən oynamaq istəmirdik”



UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Bayer” – “Qarabağ” oyunundan (5:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb: 

“Çox yaxşı komandaya məğlub olduq. Rəqib öz oyunu ilə bir daha göstərdi ki, həm Bundesliqada, həm Avropa Liqasının qrupunda liderdir. Rəqibi təbrik edirəm. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədən oynamaq istəmirdik. Təbii ki, boşluqlar verdik. Rəqib topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də görmüşdük, bilirdik. Bir daha şahid olduq ki, səviyyə fərqi var”.
 
Baş məşqçi nəticəni rəqibin gücü ilə izah edib:  “Bu gün beş qol vurdularsa, bu, onların bacarığıdır, ustalığıdır.  “Bayer” həddindən artıq yaxşı komandadır. Yaxşı komplektləşmiş heyətə malikdirlər. Heç bir xətdə ustalıq səviyyəsi aşağı olan futbolçu yox idi. Öz oyun sistemlərini çox yaxşı yerinə yetirirdilər. Bu, komandanın ciddiliyini göstərir”.

Paylaş