Qurban Qurbanov: “Qalibiyyət vacib idi”

single-news
9 İyl 2026

Qurban Qurbanov: “Qalibiyyət vacib idi”



UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” - “Vestri” (İslandiya) oyunundan (3:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

 

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq. Azarkeşlərimizin gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qalibiyyət vacib idi. Futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp artdı. Sonda 3:0 hesablı qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunan komanda idi, futbolçuları bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda daha da məsuliyyətli olmalıyıq. Bu görüşün gərgin keçməsi xeyrimizə olacaq. Avrokuboklardakı digər təmsilçilərimiz “Sabah”ı və “Zirə”ni də təbrik edirəm. Çox yaxşı qalibiyyətlər oldu. Ümumi əmsallar çoxalır ki, bu da ölkə reytinqi üçün çox vacibdir”.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Reykyavikdə keçiriləcək.

Paylaş

// pop up