Qurban Qurbanov: "Qələbəyə layiq idik"

single-news
29 İyl 2021

Qurban Qurbanov: "Qələbəyə layiq idik"



Komandamızın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail) keçirilən oyundan (1:0) sonra qələbə barədə fikirlərini bölüşüb:

 

"Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Hava şəraiti də ağır idi. Ancaq şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Baxmayaraq ki, komandada xeyli problemlər var. Hətta matçın gedişində də problemlə üzləşdik və məcburi dəyişiklik reallaşdırdıq. Futbolçular qalib gəlmək üçün hər şey etdilər, hətta deyərdim ki, daha artığını. Komandada həyəcan var idi. Zədələrlə bağlı problem istər-istəməz komandaya da təsir edir. Bu görüşdə futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənclərimiz belə oyunları nə qədər tez hiss etsə, onların böyüməsi, inkişafı daha da sürətlənəcək. Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hər iki qarşılaşmaya baxsaq, qələbəyə layiq idik".

Paylaş