Qurban Qurbanov tələbə və idmançılarla görüşdü

single-news
23 May 2022

Qurban Qurbanov tələbə və idmançılarla görüşdü



Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəsi çərçivəsində növbəti görüşün qonağı “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov olub.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva Qurban Qurbanova görüş təklifini qəbul etdiyi üçün təşəkkür edib və baş məşqçimizə xatirə hədiyyəsi verib. Eyni zamanda Qurban Qurbanov da Mariana Vasilevaya təşəkkür edərək "Qarabağ"ın imzalı formasını təqdim edib.

 

Qurban Qurbanov tələbə və idmançılarla görüşüb, onların suallarını cavablandırıb. Baş məşqçimiz sonda ən yaxşı sualı verən 4 nəfərə "Qarabağ"ın forması və top hədiyyə edib.

Paylaş