Qurban Qurbanov Türkiyə mətbuatına danşdı
1 İyl 2012
Qurban Qurbanov Türkiyə mətbuatına danşdı
Bugün Türkiyənin `Kanal B` televiziyasının əməkdaşları `Qarabağ`ın məşqində olublar. Komandamızın məşqindən reportaj hazırlayan TV əməkdaşları komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüblər.Komandamızın Azərbaycanın ən nüfuzlu komanda olmasının, `Qarabağ`ın `Rusonborq`, `Visla` `Brügge` kimi dünya komandalarının məğlub etməsinin sirrini soruşan müxbir eyni zamanda komandanın hədəfləri barəsində də suallar ünvanlayıb. Qurban müəllim ötən mövsümün onlar üçün uğursuz alındığını, amma başverənlərdən nəticə çıxardığını bildirib. Azərbaycan çempionatının ildən-ilə gücləndiyini bildirən `Qarabağ`ımızın çalışdırıcısı qarşıdan gələn mövsümə ciddi hazırlaşdıqlarının hədəflərinin zirvə uğrunda mübarizə aparmaq olduğunu ifadə edib.
