Qurban Qurbanov: “Vacib üç xal qazandıq”
Qurban Qurbanov: “Vacib üç xal qazandıq”
Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər. Vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Bəzi rotasiyalar lazım idi. Futbolçuların hazırlığına görə belə bir addım atdıq. Futbolçularımızın çoxu sıx qrafikdə oynayırdılar. Bəzi oyunçularda yorğunluq çox idi. Futbolçular da yaxşı məşq edirdilər, hazırlaşırdılar, özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. “Neftçi”yə qarşı oynamağa həmişə futbolçulara o qədər əlavə motivasiya vermək lazım olmur. Gözəl stadionda bu komandaya qarşı oynamaq həmişə xoşdur. Azarkeşlər üçün də həmişə yaxşı oyunlar olur".
