QURBANIN DOSTLARI 4 - 4 LEGİONERLƏR YIĞMASI HƏR KOMANDADA İKİ "QARABAĞ"LI . . .

single-news
17 Noy 2005

QURBANIN DOSTLARI 4 - 4 LEGİONERLƏR YIĞMASI HƏR KOMANDADA İKİ "QARABAĞ"LI . . .



Bu da son . . . Qurban Qurbanov da öz futbolçu karyerasına sona yetirdi. Dünən Respublika stadionunda baş verənlərin hamısı onun şərəfinə idi. Hər şey gözləniləndən də yüksək səviyyədə təşkil olunmuşdu. Elə oyun da bu təşkilatı işləri tamamı oldu. Tamaşaçılar gözəl şou izlədilər. Həm şərti olaraq, Qurbanın dostları adlandırılan komanda, həm də Legionerlərdən ibarət yığma stadiona gəlmiş tamaşaçılara gözəl oyun göstərdilər... "Qarabağ"lılarda öz sözlərini dedilər. Qurbanın dostlarından Aslan Kərimov və Cahangir Həsənzadə meydana çıxdılar. Legioner Millisində isə start heyətdə Mustafa Engin Özmən və Blajenko Bekavaç yer aldı. Legionerlərimiz yoldaşlıq görüşü olmasına baxmayaraq, özlərini yaxşı tərəfdən göstərə bildilər. İlk dəfə bir yerdə top qovan şərti "yığma"da Engin Özmən matçda ən yaxşılardan biri oldu.Bunu matçdan sonra Legionerlərin baş məşqçisi olan Rasim Kara da təsdiqlədi... .... "Qarabağ" Futbol Klubu olaraq,Qurban Qurbanovu təbrik edirik, ona bundan sonra da Azərbaycan Futbolu adına dəyərli işlər görməsini arzulayırıq! Sonda statistika həvəskarları üçün "Vida matçı"na dəvət almış futbolçular: Qurban Qurbanovun dostları: Dmitri Kramarenko, Aftandil Hacıyev, Rafael Əmirbəyov, Mahir Şükürov, Vüqar Quliyev, Vyaçeslav Lıçkin, Samir Əliyev, İlqar Qurbanov, Elşən Məmmədov, Qurban Qurbanov (k), Ruslan Poladov. Sonradan meydana çıxanlar: CAHANGİR HƏSƏNZADƏ, Elxan Həsənov, Rəşad Sadıqov, Emin Ağayev, ASLAN KƏRİMOV, Emin Quliyev, Elmar Baxşıyev, Mahmud Qurbanov, Zaur Tağızadə, Vidadi Rzayev, Nadir Nəbiyev. Baş məşqçi: Vaqif Sadıqov. Legionerlər yığması: İqor Dmitriyeviç, Milan Zaqorats, Miroslav Saviç, Martin Stankov, BLAJENKO BEKAVAÇ, Vadim Borets, Asen Nikolov (k), Morris Pedro, MUSTAFA ENGİN, Əhməd Ticani, Pathe Banqura. Sonradan meydana çıxanlar: Vladimir Miçoviç, Valeri Abramidze, Yevgeni Kotov, Tomislav Vişeviç, Vladimir Makovski, Laki İdahor, Georgi Adamiya, İssa Nikiema. Baş məşqçi: Rasim Kara. Qollar: E.Məmmədov, R.Sadıqov, Q.Qurbanov (2) - L.İdahor, M.Pedro, P.Banqura (2). Hakimlər: ASİM XUDİYEV, Elman Musayev, Azər Məmmədov, Babək Quliyev. 16 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Paylaş