Qurbanlıdan 40-cı qol

single-news
16 Fev 2026

Qurbanlıdan 40-cı qol



Komandamızın futbolçusu Musa Qurbanlı Premyer Liqada 40-cı qolunu vurub. 23 yaşlı hücumçu XX turun “İmişli” ilə oyununda (1:0) fərqlənib.

 

Musa buna 97-ci oyununda nail olub. O, çempionatdakı qol sayında Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatıb və siyahıda 65-69-cu yerləri bölüşür. Qurbanlı “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Paylaş

// pop up