Qurbanlının 100-cü oyunu
16 Mar 2026
Qurbanlının 100-cü oyunu
Komandamızın futbolçusu Musa Qurbanlı Premyer Liqada100-cü oyununu keçirib. Onun yubileyi XXIV turun “Zirə” ilə səfər görüşünə (3:1) təsadüf edib. O, 85-ci dəqiqəsində meydana daxil olub.
Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Musa turnirin tarixində 100 və daha çox oyun keçirən 453-cü futbolçu olub.
