Rafael Fiziyev klubumuzun qonağı oldu

single-news
16 İyn 2025

Rafael Fiziyev klubumuzun qonağı oldu



Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev klubumuzun qonağı olub. Tanınmış idmançı bazamızı ziyarət edib.

 

İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinə qatılacaq Fiziyev komandamızın baş məşqçisi Qurban Qurbanovla görüşüb. Müdafiəçimiz Bəhlul Mustafazədə də görüşdə iştirak edib.

 

Təcrübəli mütəxəssis Fiziyevə bazamız barədə məlumat verib. Rafael döyüş əlcəklərini klubumuza hədiyyə edib. Ona “Qarabağ”ın forması təqdim olunub.

 

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək.

Paylaş

// pop up