“Sabah” – “Qarabağ”: 21-ci duel

single-news
20 Noy 2023

“Sabah” – “Qarabağ”: 21-ci duel



“Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XIV turunda “Sabah”la qarşılaşacaq.

Bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 21-ci duel olacaq. Əvvəlki oyunlarda böyük üstünlüyə malik olan “Qarabağ” 13 qələbə qazanıb. 6 görüşdə heç-heçə edən komandamız yalnız bir dəfə meydanı xalsız tərk edib. Rəqib qapısından 37 top keçirən “Qarabağ” 12 top buraxıb. Komandamız son üç görüşdə meydandan qolsuz ayrılmayıb.

Səfərdəki 9 matçda 6 dəfə qalib gələn Ağdam klubu 2 dəfə heç-heçə edib. Yalnız bir dəfə rəqib meydanından xalsız dönən komandamız top fərqində də öndədir – 14-5.

Qeyd edək ki, noyabrın 24-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qarabağ” matçı saat 20:00-da başlayacaq.

29.09.2018. Sabah - Qarabağ - 0:2
24.11.2018. Qarabağ - Sabah - 1:1
23.02.2019. Sabah - Qarabağ - 1:1
13.04.2019. Qarabağ - Sabah - 3:0
06.10.2019. Qarabağ - Sabah - 2:0
02.12.2019. Sabah - Qarabağ - 0:1
29.02.2020. Qarabağ - Sabah - 0:0
22.08.2020. Qarabağ - Sabah - 2:0
21.01.2021. Sabah - Qarabağ - 1:2
13.03.2021. Qarabağ - Sabah - 2:0
09.05.2021. Sabah - Qarabağ - 0:4
17.10.2021. Sabah - Qarabağ - 1:2
04.12.2021. Qarabağ - Sabah - 5:1
12.03.2022. Sabah - Qarabağ - 0:1
03.05.2022. Qarabağ - Sabah - 1:1
11.09.2022. Qarabağ - Sabah - 4:3
13.11.2022. Sabah - Qarabağ - 0:0
11.02.2023. Qarabağ - Sabah - 1:1
16.04.2023. Sabah - Qarabağ - 2:1
17.09.2023. Qarabağ - Sabah - 2:0

Paylaş