ŞAHDAĞ - QARABAĞ 3:1 (HETTRİK, 25.10.2005)

single-news
26 Okt 2005

ŞAHDAĞ - QARABAĞ 3:1 (HETTRİK, 25.10.2005)



Daha "Şahdağ"ın güclü klublara qalib gəlməsi sensasiya sayılmır. "Neftçi", "İnter" və "Karvan"la oyunlarda inamlı təsir bağışlayan Qusar təmsilçisi "Bakı" və "Xəzər-Lənkəran"ın ardından "Qarabağ"ı da məğlub etdi. "Şahdağ"ın afrikalı legioneri Əhməd Ticani bu oyunda het-trik edərək, nəyə qadir olduğunu bir daha sübut etdi. "Qarabağ"la matçda üç qolla "Şahdağ"a üç xal qazandıran Əhməd topların sayına görə "Turan"lı Junivan Suaresə çatdı. Ticani 9; 44; 78 - Cabbarov 90+3. Şahdağ (Qusar): Ruslan Quliyev, Şiti Tauret, Vyaçeslav Sidoryuk, Zahir Əsgərov, Rahid Əmirquliyev, Kamran Əlibabayev (k), Həbib Ağayev, Əhmət Ticani (Şahmar Abdullayev 90+2), Marius Humenike (Əli Abışov 86), Arif Daşdəmirov, Vüqar İsmayılov. Baş məşqçi: Sabir Əliyev. Qarabağ (Ağdam): Vitali Kovalyov, Hüseyn Əsgərov, Dmitri Spirin, Vasif Haqverdiyev, Müstafa Engin Özmən (Mübariz Orucov 46), Aslan Kərimov, Samir Musayev (Aleksandr Voskoboynik 71), Müşfiq Hüseynov (k) (Fəqan Şahbazov 46), Azər Cabbarov, Sergey Kravçenko, Denis Sokolovski. Baş məşqçi: Elxan Abdullayev. Vərəqələr: Əlibabayev 29. Sokolovski 69. Kərimov 81 - sarı. Hakimlər: İmanxan Sultani, Elman Musayev, Aydın Ələkbərov, Ramiz Əhmədov (hamısı Bakı). 22 oktyabr. Quba Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı.

Paylaş