Şamaxıda 3 qollu oyun
Şamaxıda 3 qollu oyun
“Şamaxı” - “Qarabağ” - 2:1
Karim Rossi, 26, 41 – Musa Qurbanlı, 79
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verib.
Bu raundda “Şamaxı” ilə ilk oyun Şamaxı şəhər stadionunda baş tutub. Komandamız görüşə aşağıdakı start “11-liy”i ilə çıxıb: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən komandalar açıq futbola üstünlük veriblər. Hər iki qapıçı real vəziyyətlərdə komandasını qoldan xilas edib. Buna baxmayaraq, meydan sahibləri hissənin ortalarında hesabı açmağa müvəffəq olublar. Fasilə ərəfəsində isə fərq 2 topa çatıb.
İkinci hissə komandamızın ərazi üstünlüyü ilə keçib. Futbolçularımız çoxgedişli ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıblar. Bu üstünlük 79-cu dəqiqədə öz bəhrəsini verib. Toral Bayramovun sol cinahdan ötürməsini Musa Qurbanlı dəqiq zərbə ilə tamamlayıb. Qalan dəqiqələrdə başqa qol vurulmayıb və oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu rəqiblə cavab oyunu martın 3-də keçiriləcək.
