Şamaxıda əzmkar qələbə

single-news
10 Fev 2026

Şamaxıda əzmkar qələbə



“Şamaxı” - “Qarabağ” - 1:2

Oruc Məmmədov, 14 – Joni Montiel, 18, Kamilo Duran, 90+4

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XIX turunda “Şamaxı” ilə qarşılaşıb.

 

Şamaxı şəhər stadionunda baş tutan görüşə komandamız aşağıdakı start “11-liy”i ilə çıxıb: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Oyun komandamızın ərazi üstünlüyü ilə başlayıb. İlk dəqiqələrdən futbolçularımız topa daha çox nəzarət ediblər. Lakin hesabı meydan sahibləri açıblar. Buna baxmayaraq, komandamız çox keçmədən hesaba tarazlıq gətirib. Joni Montiel cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

 

Bundan sonra komandamız önə keçmək üçün əlindən gələni edib. Futbolçularımız çoxgedişli ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıblar. Müdafiədə etibarlı çıxış edən meydan sahibləri sürətli əks-hücumlara üstünlük verirdi.

 

Komandamızın təzyiqi son dəqiqədə öz bəhrəsini verib. Kamilo Duran cərimə meydanı daxilindən çərçivəni dəqiq nişan alıb. Beləliklə, komandamız 2:1 hesablı əzmkar səfər qələbəsi qazanıb. Bu nəticədən sonra “Qarabağ” 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

 

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti matçını fevralın 14-də səfərdə “İmişli”yə qarşı keçirəcək.

Paylaş

// pop up