“Şamaxı” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
3 Fev 2026
“Şamaxı” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
Bizon Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşlərinin təyinatları müəyyənləşib. Komandamızın “Şamaxı” ilə səfər matçının hakimləri və rəsmiləri bəlli olub.
Fevralın 5-də baş tutacaq oyunun baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rahil Ramazanov və Tərlan Talıbzadə kömək edəcəklər.
Murad Səlimov dördüncü hakim, Rauf Cabarov VAR, Emin Əliyev AVAR funksiyasını yerinə yetirəcək. Anar Salmanov hakim-inspektor, Məmmədəli Məmmədov AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionumda keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunu saat 14:30-da başlayacaq.
