Samuel Lobato ilə müqavilə imzalandı
16 İyn 2026
Samuel Lobato ilə müqavilə imzalandı
Klubumuz növbəti transferini gerçəkləşdirib. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandamıza qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.
