SAYTIMIZDAKI YENİLİKLƏR QİYMƏTLƏNDİRİLDİ ....

single-news
1 Sen 2005

SAYTIMIZDAKI YENİLİKLƏR QİYMƏTLƏNDİRİLDİ ....



Bu gün futbol təkcə meydana çıxıb oyun nümayiş etdirməkdən ibarət deyil.Həmçinin Futbolda reklamın rolu əvəzsizdir. Komandaların reklam olunmasını ilk növbədə klubların rəsmi internet səhifələri təşkil edir desək, yəqin ki, hamı bizlə razılaşar. Son zamanlar qitə klubları ilə ayaqlaşmaq arzusunda olan bir çox Azərbaycan klubları öz rəsmi internet səhifələrini azarkeşlərin ixtiyarına verib. Belələrindən biri də komandamızın rəsmi veb səhifəsidir... Yeni çempionat öncəsi Azərbaycanın futbol saytları arasında “Qarabağ” Futbol Klubu bir ilkə imza atdı. Belə ki, ilk dəfə olaraq, yeni mövsümdən klubun rəsmi veb səhifəsidə yeniləndi. Bu yenilənmə yeni dizaynla yanaşı, həm də yeniklərlə zənginləşdirildi. Bütün bunlara sayt ziyarətçilərimizin mövqeyi əlbətdə ki maraq doğururdu. Bu səbəbdən sorğumuz da məhz buna həsr olunmuşdu. 10 gün ərzində respondentlərimizin aktiv səsverməsindən sonra bizə verilən qiymət bizi çox sevindirdi. Səs verənlərin böyük əksəriyyəti: 84%-i bizə "Əla" qiymət verdi.Buna görə respondentlərimizə - saytımızı ziyarət edənlərə öz təşəkkürümüzü bildiririk. Yeni sorğumuz isə, Azərbaycan Çempionatının növbəti turu çərçivəsində "Qarabağ"-"Bakı" komandaları arasında keçiriləcək matç haqqındadır.Aktiv olun və obyektiv olaraq, öz fikirlərinizi səsvermə ilə bildirin.

Paylaş