SEÇMƏ MƏRHƏLƏ: TÜRKİYƏ ALBANLARA, RUSLAR İSƏ SLOVAKLARA QALİB GƏLMƏLİDİRLƏR....

single-news
10 Okt 2005

SEÇMƏ MƏRHƏLƏ: TÜRKİYƏ ALBANLARA, RUSLAR İSƏ SLOVAKLARA QALİB GƏLMƏLİDİRLƏR....



Bu tur Mundiala vəsiqə üçün bəzi komandalar arasındakı mücadilədə qaranlıq məqamlara aydınlıq gəldi. I qrupda Hollandiya rəqib meydançasında Çexiyanı 2:0 hesabı ilə məğlub edərək vəsiqəni qazandı. Çexiya isə öz işini çətinləşdirdi. Rumıniya ondan bir xal öndədir. II qrupda Danimarka Yunanıstanı 1:0 hesabı ilə məğlub edərək Türkiyəyə şans yaratdı. İndi Türkiyə son turda Albaniyanı məğlub etməklə öz işini həll edə bilər. Əks təqdirdə Danimarka qrup ikincisi olacaq.Bu qrupda Ukrayna qrup birincisidir. III qrupda Portuqaliya Lixtenşteyni 2:1 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazandı. Slovakiya ilə Rusiya arasında isə öz aralarındakı matç qrup ikincisini müəyyənləşdirəcək. IV qrupda Fransanın İsveçrə ilə heç=heçə (1:1) oynaması onların vəziyyətini daha da pöisləşdirib. İndi son turda Fransa Kipri udmaqla yanaşı, İsveçrənin də İrlandiya ilə matçda xal itkisinə ümid bəsləməlidir. V qrupda İtaliya Sloveniyanı məğlub etməklə Mundiala vəsiqəni təmin etdi. Norveç isə Belarusu son turda məğlub etməklə play-offa vəsiqə qazanacaq. VI qrupda Son turda İngiltərə-Polşa matçı qrup birincisini müəyyənləşdirəcək. VII qrupda İspaniyanın Belçikanı 2:0 məğlub etməsi onların işini bir qədər də asanlaşdırdı. İndi qarşıda yalnız asan San Marino səddi var. VIII qrupda İsveç üzərində 1:0-lıq qələbə Xorvatiyanı qrup lideri etdi. lakin hər şey son turda bəlli olacaq.

Paylaş