Səfər proqramımız

single-news
3 Avq 2021

Səfər proqramımız



Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda AEL-in qonağı olacaq "Qarabağ" FK bu gün Kiprə yollanacaq. Komandamızı Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Baş məşqçimiz Qurban Qurbanov avqustun 4-ü yerli vaxt ilə 19:45-də (Bakı vaxtı ilə 20:45) mətbuat konfransında iştirak edəcək. Son məşqimiz isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 21:00) matçın oynanılacağı “AEK Arena” stadionunda baş tutacaq.

 

AEL - "Qarabağ" matçı avqustun 5-də "AEK Arena" stadionunda Bakı vaxtı ilə 21:00-da keçiriləcək.

Paylaş