Səfər proqramımız

single-news
20 Fev 2023

Səfər proqramımız



UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent” ilə qarşılaşacaq “Qarabağ” FK fevralın 21-də Belçikaya yollanacaq.

 

Komandamızı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "KAA Gent" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

 

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubumuzun prezidenti Tahir Gözel də komandamızın yanında olacaq.

 

Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da baş tutacaq.

Paylaş