Səfərdə 1 qollu qələbə

single-news
24 May 2025

Səfərdə 1 qollu qələbə



“Şamaxı” - “Qarabağ” - 0:1

Emmanuel Addai, 86

 

“Qarabağ” Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümündə son oyununu keçirib. Komandamız XXXVI tur matçında “Şamaxı”nın qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.

 

Şamaxı şəhər stadionunda baş tutan oyun maraqlı mübarizə şəraitində keçib. Hər iki tərəf hücumlar quraraq, qol vurmağa çalışıb. Dəqiqələr keçdikcə komandamız təşəbbüsü ələ alıb. Meydan sahibləri isə sürətli əks-hücumlara üstünlük verib.

 

Həm birinci, həm də ikinci hissədə azarkeşlər qarşılıqlı hücumlara şahidlik ediblər. Topa daha çox nəzarət edən futbolçularımız matçın sonlarına doğru hücumlarının kəsərini artırıb. Bunun nəticəsində 86-cı dəqiqədə qələbə qolunu vurmaq mümkün olub. Emmanuel Addainin uzaq məsafədən möhtəşəm zərbəsi qolla yekunlaşıb.

 

Beləliklə, 1:0 hesablı səfər qələbəsi qazanan komandamız mövsümü 89 xalla çempion kimi başa vurub.

Paylaş

// pop up