Səfərdə 60-cı böyükhesablı
28 Apr 2026
Səfərdə 60-cı böyükhesablı
Komandamız Azərbaycan çempionatları tarixində 60-cı böyükhesablı səfər qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşünə təsadüf edib. Komandamız 5:1.hesabı ilə qalib gəlib.
Turnirdə qazanılan böyükhesablı qələbələrin ümumi sayında rekordçu olan “Qarabağ” səfərdəki göstəricidə də hamını qabaqlayır. Çempionatda rəqib meydanında ilk belə qələbə 1992-ci il iyunun 29-da əldə olunub. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaq olan komandamız üç cavabsız qolla qalib gəlib.
