Səfərdə qollu heç-heçə

single-news
6 Dek 2025

Səfərdə qollu heç-heçə



“Zirə” - “Qarabağ” - 1:1

İssa Cibrila, 31 // Enrike Kustodio, 44

 

Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XIV turunda rəqibimiz “Zirə” olub.

 

Görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Çempionatın liderlərinin qarşılaşmasında qalib müəyyənləşməyib. Qollu heç-heçə ilə nəticələnən matçda hər iki top ilk 45 dəqiqədə vurulub.

 

Hissənin ortalarında meydan sahibləri hesabı açıblar. Komandamız fasilə ərəfəsində bərabərlik qoluna sevinib. Rəqibin avtoqolu hesaba tarazlıq gətirib – 1:1.

 

Səfər heç-heçəsindən sonra komandamız xallarının syaını 30-a çatdırıb. 13 oyun keçirən “Qarabağ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, komandamız çempionatda növbəti oyununu “Araz-Naxçıvan”a qarşı keçirəcək. Dekabrın 14-də “Azersun Arena”da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Paylaş

// pop up