“Şkendiya” ilə oyunların hakimləri müəyyənləşdi

single-news
31 İyl 2025

“Şkendiya” ilə oyunların hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi hər iki oyunun hakimləri müəyyənləşib. Şimali Makedoniyanın “Şkendiya” klubu ilə səfərdəki ilk görüşə Slovakiyadan, evdəki cavab matçına isə Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıb.

Avqustun 5-də Skopyedə baş tutacaq qarşılaşmanı İvan Kruzliak idarə edəcək. Bir həftə sonra Bakıda təşkil olunacaq oyunun baş hakimi isə Danni Makkelie olacaq.

 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

22:00. “Şkendiya” - “Qarabağ”

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

(hamısı Slovakiya)

Skopye, “Todor Proeski” stadionu

 

Cavab oyunu

12 avqust

20:00. “Qarabağ” - “Şkendiya”

Baş hakim: Danni Makkelie

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Martens

(hamısı Niderland)

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş

// pop up