SON MATÇIN ƏN YAXŞISI - BÜTÜN KOMANDA !

single-news
13 Okt 2005

SON MATÇIN ƏN YAXŞISI - BÜTÜN KOMANDA !



Son turda "Xəzər Lənkəran" üzərində qələbədə oyunçulardan hansının daha çox pay sahibi olması barədə azarkeşlərin fikirləri bizdə maraq doğururdu və biz sorğu keçirmək qərarı verdik. 10 gün davam edən bu sorğu bu gün başa çatdı.Ən çox səs , bizim də gözlədiyimiz kimi, hər hansı bir futbolçuya deyil, komandanın birgə mübarizəsinin nəticəsi olaraq qalibiyyətin əldə olunmasına verildi. Azarkeşlərin bu seçimini alqışlayır, komandamızın bundan sonra da komanda oyunu ilə bütün rəqiblərinə qalib gələcəyini arzulayırıq... İkinci yerə azarkeşlər yalnız 69 dəqiqə meydanda olan, lakin zədə səbəbindən ikinci hissədə əvəzlənən Mustafa Engin Özməni layiq görmüşlər. Bu da başa düşüləndir. Elə ilk hissədə sağ cinahda inamlı oyunu ilə yadda qalan futbolçu ona qarşı oynayan Vüsal Hüseynova heç bir şans vermədi. Bunun nəticəsi olaraq 28-ci dəqiqədə onu rəqib baş məşqçi əvəzləmək qərarına gəldi.Lakin bundan sonra da Engin Özmən sağ cinahın "ağa"lığını özündə saxlamağı bacardı... Sonrakı yeri meydanın mərkəzində həmişəki kimi istədiyini edən Aslan Kərimov tutdu. İlk qolda üçgedişli kombinasiyanı başlayan Aslan matç sonunadək rəqibə mərkəzdən hücum etməsinə əngəl oldu. Azər Cabbarova respondentlərin 14%-i səs verdi. Onun qələbə topundakı payı ona bu qədər səs verilməsinin səbəbi göstərilə bilər. Mərkəzdən uzun drimlinq edərək rəqibin üç futbolçusu arxada qoyan və mükəmməl ötürmə edən Azərin bu reydinə ƏN GÖZƏL QOLLAR bölümündən baxa bilərsiniz. Ümumilikdə yuxarıda sadaladığımız və digər futbolçulara demək olar ki eyni qədər (17%,15%,14% və s.) səsin verilməsi də respontlərin seçimdə çətinlik çəkdiklərini və sonda bütün komandaya səs verməyin daha düzgün olduğuna bir işarədir. Növbəti sorğumuz "Qarabağ"ın ilk dövrədən sonra neçənci pilləni tutacağı barədədir. Siz öz fikirlərinizi səs vermə ilə bizə bildirin, biz də sizin komandamız barədə fikirlərinzi öyrənək. Komandamızın neçənci yeri tutacağı barədə sizin fikirləriniz bizə də maraqlıdır... Səsvermədə aktiv olun...

Paylaş