STEPAN ÇORDAŞ : "ONLAR LAYİQ OLDUQLARI QƏLƏBƏNİ QAZANDILAR! "

single-news
28 Avq 2005

STEPAN ÇORDAŞ : "ONLAR LAYİQ OLDUQLARI QƏLƏBƏNİ QAZANDILAR! "



Matçdan sonra Mətbuat Konfransı keçirildi. İlk olaraq, matç haqqında fikirlərini baş məşqçimiz Elxan Abdullayev bildirdi:"Rəqibi gözəl oyuna görə təbrik edirəm. Mən onlardan belə oyun gözləmirdim. Lakin öz komandam da xarakter göstərərək layiq olduqları qələbəni qazandılar. Qalib gəlməmizə baxmayaraq, hakimlikdən həddindən artıq narazıyam. Üç oyundan ikisində bu hakim bizim oyunumuza hakimlik edir, hər ikisidə çox aşağı səviyyədə. Konkret olaraq bu hakim hakimlikdən getməlidir." "Olimpik" baş məşqçisi Stepan Çordaş: "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən üstün idilər və nəticədə də qalib gəldilər. Bizim komandada hələ uyğunlaşma prosesi gedir. Turlar keçdikcə biz daha yaxşı oyun göstərərək nəticə əldə edəcəyimizə inanıram." - Komandanızdan razısınızmi? E.Abdullayev: - Mən komandamdan razıyam. Düzdü xətlər arasında problemlər var. Müdafiəmizin daha da güclü olmasını istərdim. Amma buna baxmayaraq, komandamdan istəkli olması, mübariz oyun göstərməsinə görə razıyam. - Çempionat öncəsi 1-5-ci yerlər uğrunda mübarizə aparacağınızı deyirdiniz.Amma üç oyundan cəmi bir xal toplaya bildiniz. S.Çordaş: - Düzdür. Amma reallıqlar tamamilə fərqli olduğunu hamımız gördük.Lakin bu o demək deyil ki, komandam sonuncu omamaq üçün mübarizə aparacaq. Ən pis halda komandan orta yerləri tutan klublardan biri olacaq. Buna əmin ola bilərsiniz.

Paylaş