STOİÇKOV AVROPADA BİRİNCİ OLDU.

single-news
23 Mar 2005

STOİÇKOV AVROPADA BİRİNCİ OLDU.



Bolqar və dünya futbolunun əfsanələrindən biri olan, hal-hazırda Bolqarıstan millisində baş məşqçi işləyən X.Stoiçkov EuroSport telekanalının keçirdiyi sorğuya əsasən Avropada 90-cı illərin ən yaxşı futbolçusu seçilmişdir. 900-dən artıq respondentin iştirak etdiyi səsvermədə 58%-lə birinci olan Stoiçkov çərşənbə axşamı çıxan bütün bolqar mediasının əsas xəbərinə çevrildi.İkinci yeri 40% səslə hal-hazırda Qalatasarayın baş məşqçisi işləyən Hacı tutdu. Səsverməni ədalətli saymaq olar. Çünki, Stoiçkov 1992-ci ildə dünyanın ən yaxşı futbolçusu, 1994-cü ildə isə Avropanın ən yaxşı futbolçusu olmuşdur. O, həmçinin Bolqarıstanın da 5 dəfə ən yaxşı futbolçusu seçilmişdir. Eləcə də, 1990 və 1994-cü ildə "Qızıl Buts"ın sahibidir.

Paylaş

// pop up