“Sumqayıt” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
21 May 2026

“Sumqayıt” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



Misli Premyer Liqasında mövsümün son təyinatları açıqlanıb. Komandamızın “Sumqayıt”la oyununu Elvin Bayramov idarə edəcək.

 

Onun köməkçiləri Pərvin Talıbov və Mirnihat Seyidov olacaq. Nicat İsmayıllı dördüncü hakim, Fərid Hacıyev VAR, Eyyub İbrahimov AVAR funksiyasını yerinə yetirəcək.

 

Görüşün hakim-inspektoru Ceyhun Haşımov,  AFFA nümayəndəsi Yavər Rəhimov olacaq. Mayın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 19:30-da başlayacaq.

Paylaş

// pop up