SUPERKUBOKUN KEÇİRİLƏCƏYİ YER - NAXÇIVAN

single-news
6 Avq 2005

SUPERKUBOKUN KEÇİRİLƏCƏYİ YER - NAXÇIVAN



10 illik fasilədən sonra bərpa olunan Azərbaycan superkuboku uğrunda matç bu il Müstəqillik Günü - oktyabrın 18-də oynanılacaq. Halbuki, milli çempionatın qalibi "Neftçi" və ölkə kuboku "Bakı"nın qarşıdurması bu həftənin sonuna planlaşdırılmışdı. Amma müəyyən səbəblərə görə, superkubok uğrunda oyun təxirə salınıb. "Neftçi" və "Bakı" rəhbərliyinin qarşılıqlı razılaşmasına əsasən görüş Naxçıvanda keçiriləcək. Xatırladaq ki, ilk dəfə superkubok oyununu "Səhər" qəzeti təşkil edib. İndiyədək "Neftçi" iki dəfə Azərbaycan superkubokuna sahib çıxıb. Flaqman bu qəniməti 1993 və 1995-ci illərdə qazanıb. "Qarabağ"ın da mükafatlar kolleksiyasında superkuboka rast gəlmək mümkündür. 1994-ci ildə həm çempion titulu, həm də ölkə kubokunu qazanan klubumuz həmin vaxt avtomatik olaraq Azərbaycan superkubokunun da qalibi elan olunmuşdu.

Paylaş