Tahir Gözel: "Bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik"

single-news
25 Avq 2023

Tahir Gözel: "Bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik"



Klub Prezidentimiz Tahir Gözel UEFA Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" ilə qarşılaşmadan sonra saytımıza açıqlama verib:

 

“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.

Paylaş