TANITIM: VASİF HAQVERDİYEV

single-news
27 İyl 2005

TANITIM: VASİF HAQVERDİYEV



Xəbər verdiyimiz kimi, "Qarabağ" Futbol KLubu bir neçə futbolçu ilə müqavilə imzalamışdır. Bu oyunçuların hər biri haqqında geniş məlumatı zaman-zaman diqqətinizə çatdıracağıq. VASİF HAQVERDİYEV MƏMMƏD OĞLU 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.Futbolçu karyerasına Bakının "İnşaatçı" klubunda başlayan futbolçunun son klubu İmişlinin "MKT-Araz" komandası olmuşdur... 1.Adı: Vasif 2.Soyadı: Haqverdiyev 3.Doğulduğu yer: Bakı şəh 4.Doğum tarixi: 15.10.1978 5.Təhsili: Ali, Bədən Tərbiyəsi və İdman Akademiyası 6.Ampluası: Sol cinah Müdafiəçisi 7.Boyu: 179 8.Çəkisi: 72 9.Ailə vəziyyəti: subay Xoşladığı... ... yemək: düşbərə ... meyvə: gilas ...içki: təbii meyvə şirəsi ...musiqi:klassik .. müğənni: Zülfiyyə Xanbabayeva ... kino: “Arxadan vurulan zərbə” ... aktyor: Həsən Məmmədov ...kitab: ...yazıçı: İlyas Əfəndiyev ...rəng: qara ...məşğuliyyəti: stolüstü oyunlar ...maşın: Mersedes ...idarə etdiyi avtomobil: Mersedes ...idman: Futbol ...idmançı: Tayson ... komanda: “Arsenal” ... məşqçi: Arsen Venger Arzuladığı titul: Azərbaycan çempionu olmaq Oynamaq istədiyi komanda: “Qarabağ” ...şəhər: London Çıxış etdiyi klublar: “İnşaatçı”(Bakı), “Bakı fəhləsi”, “Qarabağ”, “Turan”, “İnter”, “MKT-Araz”, “Qarabağ”.

Paylaş